Məhkumlar arasında kütləvi dava- 7 Ölü

Məhkumlar arasında kütləvi dava- 7 Ölü

Meksika həbsxanalarının birində məhbuslar arasında başlayan dava ölümlə nəticələnib.

Sonxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin qərbində yüksək təhlükəsizlik şəraitində olan "Puente Grande" həbsxanasında məhkumlar bir-birlərinə odlu və soyuq silahlarla hücum ediblər.

Rəsmilər hadisədə 7 məhbusun öldüyünü və 9 nəfərin yaralandığını açıqlayıblar.

Vəziyyətin qısa müddət ərzində nəzarət altına alındığını bildirən rəsmi şəxslər, hadisə ilə əlaqədar istintaq başladıldığını bildirib.

Mənbə: sonxeber.az