Əl əyləci ilə küçələrdə səs-küy salan "Avtoş" - VİDEO

Sayrışan işıqlar, əl əyləci vasitəsi ilə avtomobili yerində fırlatma və yenə də “VAZ 2107” markalı avtomobil.
Bütün bunları edən isə 20 BT 006 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobilin sürücüsüdür.
YPX.AZ-ın əldə etdiyi və sosial şəbəkələrdə paylaşılan görüntülərdə sözügedən avtomobilin sürücüsü açıq aşkar avtoxuliqanlıq hərəkətləri nümaiş etdirir, cəmiyyətə nümaişkaranə hörmətsizlik edir, gənclərə və azyaşlılara pis örnək olur. Bütün bunlar isə təbii ki, yolverilməzdir.
Belə ki, sürücünün avtoxuliqanlıq etdiyi 20 BT 006 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobilin ön və arxa faralarına sayrışan işıqlar quraşdırılıb ki, bu avtomobilin konstruksiyasına dəyişiklik olmaqla yanaşı yollarda digər hərəkət iştirakçılarına da açıq təhlükə yaradır.
Digər görüntülərdə isə sürücünün yaşayış yerlərindəki ara yollarda və rayonlar, kəndlərarası yollarda əl əyləci vasitə ilə avtomobili yerində müxtlif bucaqlar altında fırlatması da əks olunub.
Qanuni tələblərə cavab verməyən avtomobil ilə qayda puzuntuları edən sürücü, bunları video qeydə alaraq sosial şəbəkələrdə paylaşır. Normal haldır ki, gənclər və azyaşlılar bu kimi qanunsuzluqların sosial şəbəkələrdə adi halmış kimi paylaşılmasını görürlər və onlarda yaranan maraq, uçurum adlandırıla biləcək bu həvəsə yönəlmələrinə səbəb olur.
Gəncləri bu formada pis əməllərə yönləndirmək, onların düşüncələrini bulandırmaq və qanunlarla nizamlanan yollarda bu formada qanunsuzluqlar etmək yolverilməzdir.

 

Ypx.az

ƏVVƏLKİ XƏBƏR

Bakı özünü təcrid etmiş şəhərlərin anti-reytinqində liderlər sırasında VİDEO

SONRAKI XƏBƏR

Azərbaycanlı müğənni skripkaçılar haqda: "Efirlərdə bambıllıq edirsiz"