Belarusda koronavirusa yoluxma və ölüm sayı artdı

Belarusda son sutkada daha 941 nəfər koronavirusa yoluxub, aşkar edilmiş ümumi yoluxma sayı 35 244-ə çatıb. Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, bir gündə dörd xəstə vəfat edib. İndiyədək 194 nəfər pandemiyanın qurbanı olub.

Belarusda 434 618 test aparılıb. 13 528 xəstə sağalaraq evə buraxılıb.

Pərvanə Sultanova
Azvision.az

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda onlayn narkotik alıb-satan şəxs hakim qarşısına çıxarılır

SONRAKI XƏBƏR

Moskvadan Təbrizə, “Hicran”ın uğuru, ata – oğul Xalq artisti