Misirin Şimali Sinay bölgəsində 21 terrorçu məhv edilib

Qahirə, 23 may, AZƏRTAC

Misir polisinin Şimali Sinay bölgəsində apardığı antiterror əməliyyatı zamanı 21 terrorçu məhv edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, terrorçularla atışma zamanı iki polis zabiti yaralanıb.

Şimali Sinayın Beyr Əl-Əbd qəsəbəsində düşərgə salan terrorçuların Ramazan bayramı günlərində terror aktları törədəcəyi barədə məlumat daxil olub. Xüsusi təyinatlı polis dəstəsi dərhal antiterror əməliyyatına başlayıb və terrorçuları məhv edib. Düşərgədən 17 avtomat silah, 5 partlayıcı qurğu və kəmər götürülüb.

Bundan başqa, Misir ordusunun da Şimali Sinayda həyata keçirdiyi antiterror əməliyyatında 7 terrorçunun öldürüldüyü bildirilir. Bu əməliyyatda 10 partlayıcı qurğu və 4 ədəd partlayıcı kəmər ələ keçirilib.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Peşə təhsili üzrə "Dərs vaxtı"nın 25 may üçün cədvəli açıqlanıb

SONRAKI XƏBƏR

Moskvada daha 67 nəfər koronavirusdan ölüb