Türkiyədə ağır yol qəzası - 3 azərbaycanlı dünyasını dəyişdi

Türkiyənin Trabzon vilayətinin Of qəsəbəsində baş verən avtomobil qəzasında 3 azərbaycanlı vəfat edib.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, azərbaycanlı Fariz Fərişovun idarə etdiyi avtomobilin elektik dirəyinə çırpılması nəticəsində 3 nəfər azərbaycanlı dünyasını dəyişib. Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb edilib. Verilən məlumatlara görə, Fariz Fərişov ağır yaralı olaraq xəstəxanaya çatdırılıb. Hazırda ölən 3 azərbaycanlı barədə məlumatlar dəqiqləşdirilir.

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

Həyət yoldaşı 26 yaşlı qadını döyərək xəstəxanalıq edib

SONRAKI XƏBƏR

Brayan Huk: "Müsbət nəticələr bəxş edən İran siyasətimizi dəyişməyə tələsmirik"