Həyət yoldaşı 26 yaşlı qadını döyərək xəstəxanalıq edib

Həyət yoldaşı 26 yaşlı qadını döyərək xəstəxanalıq edib

Bərdə rayonunda 26 yaşlı qadın həyat yoldaşı tərəfindən döyülərək ağır xəsarət alıb.

YPX.AZ-ın Qarabağ üzrə bölgə müxbirinin bildirdiyinə görə, hadisə rayonun Əmirli kəndindən baş verib.

Belə ki, dünən gecə saatlarında 30 yaşlı qadın həyat yoldaşı tərəfindən ağır bədən xəsarəti yetirib. Xəsarət alan qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin söylədiyinə görə xəstə ağır kələ-beyin travması, sol qolun sınığı və müxtəlif dərəcəli bədən zədələri diyaqnozu qoyub. Xəstə ilkin yardım göstərildikdən sonra o, palataya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: ypx.az