Pakistanda qəzaya uğrayan təyyarənin “qara qutu”ları tapıldı

Pakistanın Karaçi şəhəri yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin hər iki “qara qutu”su tapılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumat “Dev Discourse” nəşri yayıb.

“Qara qutu” ötən gün axşam tapılıb, biz onu istintaq komitəsinə təhvil veririk”, - aviaşirkətin rəsmisi deyib.

O, həm göyərtənin səs yazısı cihazının, həm də pilot kabinəsindəki diktofonun aşkarlandığını vurğulayıb.

Qeyd edək ki, mayın 22-də Pakistanın Karaçi şəhəri yaxınlığında 97 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası baş verib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

"Bu fasilənin həm xeyri, həm də ziyanı oldu" - “Samtredia”nın azərbaycanlı futbolçusu

SONRAKI XƏBƏR

İran DÇ-2022 üçün Qətərə kömək etməyə hazır olduğunu bildirib