Sürücü yol nişanını aşırdı, ayı düzəltdi

Sürücü yol nişanını aşırdı, ayı düzəltdi

Sosial şəbəkələrdə yayılmış video izləyənlərin marağına səbəb olub. Avtosfer.az xəbər verir ki, görüntülərdə avtomobil yolunun kənarı ilə gedən ayı əks olunub. Yolun kənarında sürücülərin aşırdığı konusu görən ayı ağzı ilə onu düzəldir və daha sonra yoluna davam edir. Videonu təqdim edirik:

Mənbə: www.ens.az