Türkiyədə 3 azərbaycanlı qəzada həyatını itirdi

Türkiyədə 3 azərbaycanlı qəzada həyatını itirdi

Türkiyənin Trabzon vilayətində yol qəzası baş verib.

Primetime.az xəbər verir ki, Of qəsəbəsində yaşanan olayda 3 nəfər azərbaycanlı həyatını itirib. Avtomobilin sürücüsü isə ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Verilən məlumata görə, sözügedən şəxslər çay plantasiyasında işləyib.

Hadisənin baş vermə səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Mənbə: primetime.az