Çeçenistanda xəstəxananın baş həkiminin müavini koronavirusdan öldü

Çeçenistanda Ş.Ependiyev adına Respublika Klinik Xəstəxanasında baş həkimin müavini vəfat edib.

REN TV-nin məlumatına görə, bunu Çeçenistan parlamentinin spikeri, aparat rəhbəri Maqomed Daudov bildirib.

Onun sözlərinə görə, həkim-uroloq Soipa Solsayeva koronavirusa yoluxubmuş.

Spiker onu da vurğulayıb ki, həkimin cəmi bir ağciyəri olub: “Bu xəstəliyin ilk növbədə ağciyərlərə təsir etdiyini bilirik. Buna baxmayaraq, o, son ana qədər insanları müalicə edib”.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

İran dini və mədəniyyət mərkəzlərini açır

SONRAKI XƏBƏR

Gözəllik yarışmasının finalisti İNTİHAR ETDİ