Güclü külək Bakı-Gürcüstan dəmiryolu xəttində çətinliklər yaratdı - FOTO

Güclü külək Bakı-Gürcüstan dəmiryolu xəttində çətinliklər yaratdı - FOTO

Tovuz rayonunda əsən güclü külək Bakı-Gürcüstan dəmiryolu xəttində bəzi problemlərə yol açıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, təbiət hadisəsi nəticəsində iri gövdəli qovaq ağacları aşaraq dəmiryolu relslərinin üzərinə düşüb. Nəticədə bu istiqamətdə dəmiryolu vaistəsi ilə yükdaşımalarda müəyyən fasilələr yaranıb. Külək təxminən 10 a yaxın ağacı aşırıb.

Hazırda ağan ağacların dəmiryolu üzərindən təmizlənməsi işlərinə başlanılıb.

BAKU.WS

Mənbə: baku.ws