Böyük Britaniyaya gedənlər 14 gün karantində qalacaqlar

Böyük Britaniyaya gedənlər 14 gün karantində qalacaqlar

Bu ilin iyun ayının 8-dən etibarən, Böyük Britaniyaya daxil olanlar 14 gün karantində qalmalı olacaqlar.

AZƏRTAC xəbər verir ki, ölkənin Daxili İşlər naziri Priti Patel, koronavirusun yayılmasının qarşısını almaq üçün ölkəyə girən hər kəsin, 14 gün ərzində təcrid olunacaqlarını açıqlayıb.

Qaydanı pozanlar 1000 funt sterlinq cərimələnəcəklər.

Qayda kənd təsərrüfatı işçiləri və səhiyyə işçilərinə şamil olunmur.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mənbə: azertag.az