5 nəfəri qətlə yetirən azərbaycanlı cinayətkar qruplaşmaya HÖKM OXUNACAQ

Rusiyanın Vladimir vilayəti üzrə İstintaq Komitəsi azərbaycanlılardan ibarət cinayət qruplaşmaya yeni hökm oxuyacaq.

Modern.az xəbər verir ki, 2006-cı ildə Eldost Cahangirov tərəfindən yaradılmış qruplaşma 2012-ci ilə qədər 25 ağır və xüsusi ağır cinayət – 5 qətl, 20 özgə əmlakını zəbt etmə və qarət törətdib.

Eldost Cahangirovun 2012-ci ildə ölümündən sonra Azad Məmmədovun başçılıq etdiyi qruplaşma fırıldaqçılıqla Vladimir vilayətində tənha yaşayan insanların mənzillərini ələ keçirməyə çalışırdı.

Qrup üzvləri Həmid Cahangirov, Aydın Xudiyev, Mixail Juravlev, İbrahim Məmmədov, Mariya Razumova, Yelena Yakimova, Elçin Məmmədov və İrina Kritskaya çoxsaylı cinayət epizodlarında iştirak ediblər. Qrupun əsas üzvləri 2013-cü ilin iyununda yaxalansa da, onların əksər cinayətləri istintaqa yeni məlum olub.

Azad Məmmədovun 2010-cu ildə münaqişədə olduğu və Vladimir şəhər bazarında işləyən azərbaycanlı tanışını qətlə yetirdiyi də üzə çıxıb. Cinayətkar dəstə şəhərdə dəyəri 8 milyon rubl olan 6 mənzili də ələ keçiriblər. Həmin mənzillərin bəzi sahibləri öldürülüb, digərləri isə hədələniblər.

Faktla bağlı toplanmış 50 cildlik material Vladimir şəhər Lenin rayon məhkəməsinə göndərilib.

Modern.az

ƏVVƏLKİ XƏBƏR

"Barselona" satmaq istəyir, futbolçular getmir

SONRAKI XƏBƏR

Nazir 40 nəfəri işdən çıxartdı