Dünya boyu koronavirusa yoluxanların sayı 5.2 milyonu keçib

Dünya boyu koronavirusa yoluxanların sayı 5.2 milyonu keçib

Dünya boyu 5.2 milyon insan COVID-19-a yoluxub, 338 mindən çox insan isə həyatını itirib.

ABŞ 1.6 milyon qeydə alınmış yoluxma halı ilə pandemiyanın episentri olaraq qalır. Rusiya 336 min yoluxma halı ilə ikinci, Braziliya isə 331 min yoluxma halı ilə üçüncü yerdədir.

“Cənubi Amerika müəyyən mənada xəstəliyin yeni episentrinə çevrilib,” Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə vəziyyət proqramının direktoru Maykl Rayan bildirib.

San Paulu şəhəri yaxınlığıda bir qəbirstanlıqdakı qəbir qazan “Biz gündə 12 saat işləyirik, onları ard-arda dəfn edirik. İşimiz durmur”deyib.

Çili, Meksiksa və Peruda yoluxma halları artmağa başlayıb.

The New York Times bildirir ki, Nyu Yorkda azı 161 uşaqda “koronavirusla əlaqəli olaraq müəmmalı sindrom əmələ gəlib.

Birləşmiş Ştatlardan COVID-19 pandemiyasının episentri olan Nyu Yorkun həmçinin amerikalı uşaqlarda rast gəlinən müəmmalı xəstəliyin də episentrinı çevrilib. Nyu Yorkda azı üç uşaq multi-sistem iltihab sindromu adlı xəstəlik nəticəsində həyatını itirib.

Qəzetlər xəbər verir ki, ictimai laboratoriyada ölən uşaqların birincən alınan toxuma nümunəsi üzərində “intensiv sınaq” aparır. Nyu York ştatının tibb həkimləri və alimlləri də araşdırma aparırlar.

Aparıcı tibb jurnallarının birində dərc olunan araşdırmaya əsasən, ABŞ prezidenti Donald Trampın COVID-19-a yoluxmamaq üçün qəbul etdiyini dediyi malyariya dərmanının koronavirus xəstələri arasında daha çox ölüm hallarına gətirib çıxarır.

Cümə günü The Lancet jurnalında dərc olunan araşdırmada xətəxanalrda olan 96 min COVID-19 xəstəsi müşahidə olunub. Araşdırma nəticəsi göstərir ki, hidroksiklorokinlə müalicə olunan insanlarda qəfil ölümə səbəb olan nizamsız ürək döyüntüsü yaranıb.

Hidrokloroksin

Tramp aprel ayında malyariya dərmanından koronavirusun müalicəsində istifadə olunmasını təbliğ etməyə başladı və bu həftənin əvvəlində dərmandan profilaktik məqsədlə istifadə etdiyini deyib.

Araşdırmanın müəllifləri deyir ki, kliniki sınaqların nəticəsi hazır olmayana və COVID-19 pasientləri üçün təhlükəli olmadığı təsdiq olunmayanadək hidroksiklorokindən koronavirusu müalicə etmək üçün istifadə olunmamalıdır.
ABŞ-ın Ərzaq və Dərman Administrasiyası da aprel ayında hidroksiklorokindən yeni koronavirusun müalicəsində istifadə olunmaması barədə xəbərdarlıq edib.

Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi cümə günü qitədə koronavirusa yoluxma hallarının 100 mini keçdiyini bildirib. Afrikada indiyədək dünyanın digər hissələrindəki kimi yüksək yoluxma halları müşahidə olunmayıb.

Qitədə yaşayan 1.3 milyard insandan 3100-ü koroanvirus səbəbilə həyatını itirib. Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru deyir ki, son bir həftədə qitədə ondan öncəki həftə ilə eyni sayda yoluxma halları qeydə alınıb.

“Ümid edirik bu trend davam edər”, Dr. Con Nkenqasonq deyib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, müqayisədə Avropada yoxulma halları 100 minə çatanda ölüm halları 4900-ə çatmışdı.
ÜST bildirib ki, təhlillər onu göstərir ki, Afrikada ölüm səviyyəsinin aşağı olması qitə əhalisinin gənc olmasının nəticəsi ola bilər, çünki əhalinin 60 faizindən çoxu 25 yaşından balacadır.

Mənbə: www.amerikaninsesi.org