Güclü külək Goranboyda da fəsadlar törədib

Güclü külək Goranboyda da fəsadlar törədib

Güclü külək Goranboyda da fəsadlar törədib.

"Qafqazinfo"nun məlumatına görə, təbiət hadisəsi zamanı şəhərin Heydər Əliyev prospektində iri gövdəli ağac yola düşüb. Hadisə zamanı xəsarət alan olmasa da, yolda avtomobillərin gediş-gəlişində çətinlik yaranıb.

Külək nəticəsində, həmçinin bir neçə kəndin elektrik enerjisi ilə təminatında fasilələr yaranıb.

Elmar Əli

Mənbə: qafqazinfo.az