Rusiya YouTube-da əngəllənən mətbuat orqanları ilə bağlı şərh verdi

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi YouTube platformasının ölkəyə məxsus üç mətbuat orqanının kanalını əngəlləməsini qəbuledilməz hadisə adlandırıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, məlumatda qeyd olunur ki, Rusiya tərəfi video hostinqin hərəkətlərini Birləşmiş Ştatların internet platformaları tərəfindən idarə olunan rusdilli media mənbələrinə qarşı ayrıseçkilik aktı kimi qiymətləndirilir.

Nazirliyin nümayəndələri qeyd ediblər ki, YouTube-un Rusiyaya məxsus media orqanlarının şəbəkə kanalını əngəllədiyi üçün dəlil təqdim etməyib. Bundan əlavə, "Krım-24" kanalını bloklanmasına dair müraciət qrupu cavabsız qalıb.

Qeyd edək ki, YouTube "şəbəkənin qaydalarının pozulması" bəhanəsi ilə "Krım-24", Anna News və News Gront hesablarını silib.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Güclü külək Goranboyda da fəsadlar törədib

SONRAKI XƏBƏR

UFC 250-nin posteri