İngiltərədə koronavirusa yoluxanların sayı 250 mini ötdü

İngiltərədə koronavirusa yoluxanların sayı 250 mini ötdü

İngiltərədə yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com İHA-ya istinadla xəbər verir ki, İngiltərədə son 24 saatda 351 nəfər COVİD-19 səbəbilə dünyasını dəyişib. Nəticədə ölənlərin sayı 36 min 393-ə çatıb. Yoluxanların sayı isə sutka ərzində 3 min 287 nəfər artaraq 254 min 195 nəfər olub. Məlumat üçün deyək ki, İngiltərə yeni növ koronavirusdan ölənlərin sayında görə, dünyada ikinci Avropada isə birinci sıradadır.

Mənbə: www.yeniavaz.com