Bakıda külək ağacı avtomobilin üzərinə aşırdı

Bakıda külək ağacı avtomobilin üzərinə aşırdı

Güclü külək paytaxtda bir sıra fəsadlar törədib.

"Report"un məlumatına görə, axşam saatlarında əsməyə başlayan külək Yasamal rayonunda ağacı avtomobilin üzərinə aşırıb.

Ağac sakinlərin köməkliyi ilə yolun kənarına qoyulub. Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib.

Təbii hadisə zamanı paytaxtın digər ərazilərində də ağacların budaqları qırılaraq yola düşüb. Bəzi yerlərdə isə ağaclar güclü küləyin təsirindən kökündən qopub.

Mənbə: report.az