Koronavirusdan ən çox belə xəstələr ölür

Tibb adamları qeyd edir ki, koronavirus böyrək problemi olan xəstələrin ölüm halını artırıb. Bundan əlavə serrozdan dünyasını dəyişən xəstələrin 80 faizinin ölüm səbəbi ağciyərlər olub

BAKI, 23 may — Sputnik. Koronavirusdan ölüm riskinin yüksək olduğu xəstəliklər müəyyən edilib.

xəbər verir ki, xroniki böyrək xəstəliyi və serrozu olan şəxslər koronavirusa yoluxandan sonra əksər hallarda ölür. Bu barədə Journal Of Hepatology portalında işıq üzü görmüş araşdırmada deyilir.

Ekspertlər böyrək problemi olan və koronavirusa yoluxmuş 150 mindən çox insanın anket məlumatlarını təhlil ediblər. Müəyyən olunub ki, onların 50 faizi xəstəxanaya yerləşdirildikdən sonra süni nəfəs aparatına qoşulub. Və 40 faizi ölüb.

Tibb adamları qeyd edir ki, koronavirus böyrək problemi olan xəstələrin ölüm halını artırıb. Bundan əlavə serrozdan dünyasını dəyişən xəstələrin 80 faizinin ölüm səbəbi ağciyərlər olub.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 5 milyon nəfər koronavirusa yoluxub, 330 mindən çox nəfər ölüb. Təşkilat martın 11-də infeksiyanı pandemiya elan edib.

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda bu məktəbə qəbul 1 000 manatdır - ŞOK

SONRAKI XƏBƏR

İspan qripi Hindistanda necə 17 milyon can aldı?- Tarix...