Ukraynada deputat qətlə yetirilib

Ukraynada deputat qətlə yetirilib

Valeri Davidenko

Ukraynanın paytaxtı Kiyevdə Ali Radanın deputatı Valeri Davidenkonun meyiti aşkarlanıb.

Bu barədə “Report” Ukraynanın "Strana” nəşrinə istinadən xəbər verir.

Qeyd edilir ki, o, başından aldığı güllə yarasından ölüb. Nəşrin məlumatına görə, parlament üzvünün meyitini onun ofisində süpürgəçi aşkar edib.

Mənbə: report.az