Gəncədə güclü külək fəsadlara yol açıb - İri gövdəli ağaclar aşdı, 10 binanın işığı söndü

Gəncədə güclü külək fəsadlara yol açıb - İri gövdəli ağaclar aşdı, 10 binanın işığı söndü

Ötən gün Gəncədə əsən güclü külək bir sıra fəsadlara yol açıb.

Axşam saatlarında başlayan və təxminən 20 dəqiqəyədək çəkən küləyin təsirindən şəhərin bir sıra ərazilərində iri gövdəli ağaclar, o cümlədən Cümə məscidinin yanında da yaşlı çinarlardan biri aşıb. Aşan ağaclardan bir neçəsi hərəkətdə olmayan avtomobillərin də üzərinə düşərək ziyan vurub. Küləyin şiddəti bəzi binalarda dam örtüyünü sıradan çıxarıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb. 10-a yaxın bina işıqsız qalıb.

atv.az

Mənbə: www.atv.az