Tovuzda külək ağacı dəmiryolu xəttinə aşırdı - Qatarların hərəkətində fasilə yarandı

Tovuzda külək ağacı dəmiryolu xəttinə aşırdı - Qatarların hərəkətində fasilə yarandı

Tovuzda güclü külək ağacı dəmir yolu xəttinin üzərinə aşırıb. Hadisə Bakı –Qazax dəmiryolu xəttinin Qovlar şəhərindən keçən hissəsində qeydə alınıb. Ağacın aşması nəticəsində elektrik naqilləri də sıradan çıxıb və dəmiryoluna elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Nəticədə qataraların hərəkəti müvəqqəti olaraq dayandırılıb. Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin Tovuz Kontakt Şəbəkə rayonunun işçiləri əraziyə cəlb edilib. Aşan ağac kəsilib, naqillər müvəqqəti bərkidilib və qatarların hərəkəti qismən bərpa olunub.

Fazil Quliyev - Tovuz kontakt şəbəkə rayonunun rəisi

Dünəndən əsən külək Tovuz rayonunda hal-hazırda göründüyü kimi böyük çinar ağacını yıxmış və hər iki yolun üzərinə düşmüş, hərəkəti dayandırmışdır. Hal-hazırda göründüyü kimi tədbirlərimizi gördük, qatar indi keçdi..Cüt yolumuzu açdıq, qaldı tək yol 2-3 saat abu yolu da acacayıq.

atv.az

Mənbə: www.atv.az