Daha iki erməni hərbçi ağır yaralandı

Ermənistanın Armavir bölgəsində ağır yol qəzası baş verib.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, İrəvan-Armavir yolunda qəza nəticəsində 26 və 29 yaşlı erməni hərbçilər ağır yaralanıb. Xəstəxanaya yerləşdirilən həbçilərin vəziyyətinin çox kritik olduğu bildirilir.

Qəzanın başvermə səbəbi məlum deyil.

Qeyd edək ki, 20 mayda Eçmiədzində baş verən qəza nəticəsində bir erməni polkovnik ölmüş, 2-si isə ağır yaralanmışdı.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

“Əsas odur ki, seçicinin səsi həmişə bizə çatır…”- BƏHRUZ MƏHƏRRƏMOV

SONRAKI XƏBƏR

Türkiyədən Trampın açıqlamasına: Ümid edirik ki...