Bakıda polis gücləndirilmiş iş rejiminə keçib

Paytaxtda küləyin fəsadlarının aradan qaldırılması və şəhər əhalisinin təhlükəsizliyinin təminatı məqsədilə polis qüvvələri səfərbər olunub.

“Report”un xəbərinə görə, hava şəraitinə uyğun olaraq, xidmət gücləndirilib.

Qeyd edək ki, artıq bir neçə saatdır paytaxtda güclü külək əsir. Külək bir sıra yerlərdə fəsadlar törədib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Məşqdən sonra bu suyu içməliyik?! – inanılmaz FAYDASI

SONRAKI XƏBƏR

"Bavariya" "Ayntraxt"ı darmadağın etdi