Bakının mərkəzində parklanma üsulu ilə hərəkətə mane oldu - VİDEO

Bakının mərkəzində parklanma üsulu ilə hərəkətə mane oldu - VİDEO

Bakının mərkəzi küçələrindən birində avtomobili yolun ortasına park edən sürücü nəqliyyat vasitələrinin hərəkətinə mane olub.
YPX.AZ xəbər verir ki, Xəqani küçəsi ilə Rəsul Rza küçələrinin kəsişməsində 99 LJ 856 dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini yolun hərəkət hissəsində, hərəkət istiqamətinə perpendikulyar formada park edərək digər nəqliyyat vasitələrinin hərəkətinə manə olub, yolda sıxlıq yaranıb.
Sürücünün bu əməlini hərəkət iştirakçılarından biri video qeydə alıb.
Həmin görüntüləri sizlərə təqdim edirik:

Mənbə: ypx.az