Yeriyə bilməyən qardaşının arzusunu ÇİN ETDİ - VİDEO

Yeriyə bilməyən qardaşının arzusunu ÇİN ETDİ - VİDEO

Cəlilabadda 14 yaşlı oğlan yeriyə bilməyən qardaşının fubol oynamaq istəyini onu belinə alaraq reallaşdırıb.

Publika.az "Xəzər" TV-yə istinadla xəbər verir ki, Cəlilabadda yaşayan 9 yaşlı Sadiq Əhmədovda 5 il əvvəl "leykoz" aşkarlanıb. Həmin vaxtdan da Sadiqin yeriməsində problem yaranıb.

İlkin mərhələdə ailə müalicəni özü həyata keçirib. Sonra isə azyaşlının müalicəsini Heydər Əliyev Fondu üzərinə götürüb. Müalicələrin nəticəsində Sadiqin aşağı ətraflarının hissiyatı xeyli qayıdıb. Hazırda da müalicələr davam edir.

Sadiqin 14 yaşlı qardaşı Məzahim Əhmədov həmyaşıdları ilə futbol oynayarkən kiçik qardaşının həsrətlə onlara baxdığını, lakin yeriyə biləmədiyi üçün kədərləndiyini görüb. Onun arzusunu həyata keçirmək üçün yollar axtarıb.

Məzahim Əhmədov çıxış yolunu qardaşını kürəyinə alıb, onun ayağını topa toxundurmaqda görüb. Onun bu hərəkəti Sadiqin hədsiz sevinci ilə nəticələnib.

Daha ətraflı videomaterialda:

Mənbə: publika.az