Moskvada şosedə atışma - 9 nəfər SAXLANILDI

Moskvada şosedə atışma - 9 nəfər SAXLANILDI

Moskvanın Kaşirsk şosesindəki avtomobil dayanacağında atışma baş verib.

Publika.az TASS-a istinadla xəbər verir ki, hadisə nəticəsində bir nəfər yaralanıb. Yaralı ilə birlikdə doqquz nəfər saxlanılıb.

Onlardan hər birinin hadisədə iştirakı müəyyənləşdirilir.

İstintaq Komitəsi zərərçəkmiş haqqında informasiyanı təsdiqləyib.

Mənbə: publika.az