Zarafat etmək istədi, dostu ölümdən qayıtdı - VİDEO

Zarafat etmək istədi, dostu ölümdən qayıtdı - VİDEO

Türkiyədə bir nəfərin dostu ilə etdiyi zarafat az qala faciəyə çevriləcəkdi.

DHA-nın məlumatına görə, İstanbulun Bostancı ərazisində dostu ilə zarafat etmək istəyən şəxs avtomobilini onun üzərinə sürüb. Lakin yağan yağışa görə sürüşkən olan yolda əyləc sistemi vaxtında işə düşməyib. Beləliklə, zarafat qurbanı olan bəxtsiz gənc iki avtomobilin arasında qalıb.

Gəncin sağ olduğu bildirilir.

Hadisə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Həmin görüntüləri təqdim edirik.

Mənbə: www.oxu.az