Yeni Zelandiya sahillərində zəlzələ oldu

Yeni Zelandiya sahillərində zəlzələ oldu

Yeni Zelandiya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ Bakı vaxtı ilə 23.53-də qeydə alınıb. Zəlzələnin episentri Yeni Zelandiyanın paytaxtı Vellinqtondan 94 km şimalda, ocağı isə 60 km dərinlikdə yerləşib.Zəlzələdən sonra tələfat və dağıntı barədə məlumat verilməyib.

Mənbə: www.unikal.org