Almatıda iki polisin öldüyü qəzanın görüntüləri yayıldı

Almatıda iki polisin öldüyü qəzanın görüntüləri yayıldı

Bu gün səhər Almatı şəhərində sərxoş bir sürücü nəzarət məntəqəsinə girərək patrul avtomobilinə çırpılıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, qəza nəticəsində Şəhər Polis İdarəsinin iki əməkdaşı həlak olub.

Daha sonra şəbəkədə qəza yerindən fotolar görünüb.

Mayın 25-i səhər Almatı vilayətinin Karasay rayonunun Köksay mikrorayonunda 1992-ci il təvəllüdlü BMW sürücüsü nəzarət məntəqəsinin hasarına çırpılıb. Daha sonra güclü zərbədən sonra içərisində iki polis əməkdaşı olan patrul avtomobilinə dəyib.

Polislərdən biri, 42 yaşlı baş leytenant Jaras Janqaziyev təcili yardım gələnə qədər aldığı xəsarətlərdən ölüb. İkinci polis zabiti, serjant Dastan Abdıkanov xəstəxanada vəfat edib.

Mənbə: konkret.az