Səudiyyə Ərəbistanı dünən Yəmən şəhərlərini 48 dəfə bombalayıb

Səudiyyə Ərəbistanı dünən Yəmən şəhərlərini 48 dəfə bombalayıb

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi dünən Səudiyyə koalisiyasının Yəmən şəhərlərinə 48 hava hücumu həyata keçirdiyini açıqlayıb.

Bu barədə "Al-Masirah" saytı mlumat yayıb.

Məlumata görə, Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general Yəhya Sərii bildirib ki, Səudiyyə koalisiyası Yəmən şəhərlərinə 48 hava hücumu həyata keçirib. Mərib şəhəri 9 dəfə bombardman edilib. Haraz və Əbəs şəhərləri 15 dəfə bombalanıb. Saada əyalətindəki Meran, əl-Mulhat və Baqam 18 dəfə bombalanıb.

Yəmənin Saada əyalətindəki Haidan şəhərindəki Meran yaşayış sahəsinə edilən hücumda 3 nəfər dinc sakin öldürülüb, 2 yaralı var.

Mənbə: eastnews.org