Rusiyada Azərbaycan vətəndaşı öldürülüb

Rusiyada Azərbaycan vətəndaşı öldürülüb

Report

Rusiyanın Sankt-Peterburq şəhərində 33 yaşlı Azərbaycan vətəndaşı ölü tapılıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, mayın 23-də bir nəfər şirkət rəhbəri polisə zəng vuraraq evində meyit olduğunu bildirib. Hadisə yerinə gələn polis döş və baş nahiyəsində bıçaq yarası, eləcə də əzik olan 33 yaşlı şəxsin meyiti aşkarlayıb.

Həmin gün axşam saatlarında isə ev sahibi polisə gələrək Azərbaycan vətəndaşı ilə mübahisə edərək onu bıçaqla öldürdüyünü, yarımsaat sonra isə polisə zəng vurduğunu etiraf edib.

Mənbə: report.az