Qar yağdı, çoban donub öldü

Qar yağdı, çoban donub öldü

Türkiyənin Ərzincan şəhərinin dağlıq ərazilərində yağan qar ciddi fəsadlara yol açıb. Qar fırtınası səbəbilə qış təkərləri olmayan avtomobillər yolları zəncir taxaraq irəliləyib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qarın ən çox yağdığı kəndlərdən olan Koçyatağında isə ölüm hadisəsi qeydə alınıb. Belə ki, Süleyman Akpolat adlı çobanın cəsədi gecə saatlarında dərədə donmuş halda tapılıb.

Mənbə: yenisabah.az