“Təbiət hadisələrindən xəbər verən qurğular yaxınlarda istifadəyə veriləcək” – UMAYRA TAĞIYEVA

“Təbiət hadisələrindən xəbər verən qurğular yaxınlarda istifadəyə veriləcək” – UMAYRA TAĞIYEVA

“Amma Azərbaycanda artıq bir ildən çoxdur ki, müasir müşahidə sistemi olan dopler lokatorlar quraşdırılıb. Onlardan biri Şamaxıda, digəri isə Göygöldədir. Karantin rejiminə görə təxirə salındı, amma yaxın zamanda bu dopler lokatorların istifadəyə verilməsi planlaşdırılır”.

Bunu News24.az-a açıqlamasında ETSN-nin Milli Hidrometeorologiya Xidmətinin rəisi, coğrafiya üzrə fəlsəfə doktoru Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, dopler lakatorların tətbiqi bir sıra imkanlar yaradacaq: “Onların yardımı ilə 3-4 saat öncədən məkan və zaman üzrə daha dəqiq hidrometeoroloji məlumatlar əldə olunacaq. Məsələn, kəskin yağıntılar nəticəsində respublikanın dağ çaylarında daşqınlar əmələ gəlir. Həmin o dopler lokator 3-4 saat əvvəldən hansı çayda daşqın olacağını bilməyimizə imkan yaradacaq. Əgər hansısa ərazidə təhlükəli təbiət hadisəsi gözlənilirsə, dopler lakator bizim ərazini müəyyənləşdirməyimizə və insanları məlumatlandırmağımıza yardımçı olacaq”.
U.Tağıyeva onu da vurğulayıb ki, Azərbaycanda daha 3 lakatorun 2030-cu ilədək quraşdırlması nəzərdə tutulur.
Afaq Mirayiq
 

Mənbə: news24.az