Türkiyədə planlaşdırılan terror aktının qarşısı alınıb

Türkiyədə planlaşdırılan terror aktının qarşısı alınıb

Ankara, 25 may, AZƏRTAC

Türkiyənin Diyarbəkir bölgəsində Ramazan bayramı günlərində planlaşdırılan terror aktının qarşısı alınıb.

AZƏRTAC xəbər verir ki, terror aksiyasının qarşısı yerli polisin keçirdiyi antiterror əməliyyatı nəticəsində alınıb. Bildirilir ki, PKK terrorçularının istifadə edəcəkləri silah-sursat, o cümlədən qranat və əldədüzəltmə bombalar məzarlıqda aşkar edilib. Faktla bağlı 6 nəfər saxlanılıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

AZERTAG.AZ :Türkiyədə planlaşdırılan terror aktının qarşısı alınıb

Mənbə: azertag.az