Ramzan Kadırovun səhhəti ağırlaşıb

Ramzan Kadırovun səhhəti ağırlaşıb

Çeçenstan lideri Ramzan Kadırovun səhhəti ağır olduğundan, Moskvada xəstəxanaya yerləşdirilib.

“Ölkə.Az” Rusiya mediasına istinadən xəbər verir ki, Ramzan Kadırov koronavirus infeksiyasına yoluxmaqda şübhəli bilinir.
Ramzan Kadırovun xəstələnməsi mayın 21-də bəlli olub. O hazırda həkimlərin ciddi nəzarəti altındadır. TASS-ın verdiyi xəbərə görə, Kadırovun səhhəti pis olduğundan onu təcili təyyarə ilə Moskvaya gətiriblər. Hazırda onun səhhətinin ağır olduğu bildirilir.
Ölkə.Az

Mənbə: olke.az