Türkiyədə güclü qar – ÇOBAN DONDU...

Mayın sonlarına doğru yaxınlaşsaq da, Türkiyə qarlı hava ilə mübarizə aparır.

Lent.a Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Bayburt vilayətində yağan güclü qar kənd yollarını bağlayıb.

Vilayətin Yol İdarəsinin işçiləri dünyanın ən təhlükəli yolları arasında yer yer alan Soğanlı dağ keçidini qardan təmizləmək üçün mübarizə aparır.

Ölkənin Ərzincan vilayətində də qarlı hava problemlərə yol açıb. May ayının sonlarına doğru sanki qış aylarının yaşandığı vilayətin yollarında avtomobillər təkərlərinə zəncir taxmaqla hərəkət edir. Yollara duz səpilir.

Ərzincan-Sivas avtomobil yolunun yaxınlığındakı kəndin çobanının dərədə donmuş cəsədi aşkarlanıb.

 

 

 

Lent.az

ƏVVƏLKİ XƏBƏR

2008-ci il böhranını deyən”Doktor Qiyamət” yenə ortaya çıxdı: Dünya üçün 2 ən pis ssenari - PROQNOZ

SONRAKI XƏBƏR

Afət Fərmanqızı yenə Nəsimidən oxudu - Video