Maska tələbinə etiraz edən qadından şok hərəkət - Hər kəsin gözü önündə.../Video

COVİD-19-la bağlı ciddi karantin rejimi tətbiq edən Ukraynada qeyri-adi hadisə yaşanıb.

Teleqraf.com Ukrayna mediasına istinadən xəbər verir ki, Kiyevdə karqo şirkətinin şöbəsinə gələn müştəriyə qoruyucu maska taxması tövsiyə edilib. Müştəri bunu ciddiyə almasa da, mühafizə xidməti karantin rejimini pozduğunu əsas gətirərək, maska taxmağı tələb kimi səsləndiriblər.

Buna etiraz edən qadın hər kəsin gözü qarşısında tumanını çıxararaq, üzünü onunla bağlayıb.

Hər kəsi şoka salan həmin hadisənin görüntüsünü təqdim edirik:

Qeyd edək ki, martın 12-dən karantin rejimi tətbiq edən Ukraynada qapalı məkanlarda maska taxmaq tələb kimi qoyulub. Hazırda ölkədə 21 mindən çox insan virusa yoluxub, 623 nəfər isə vəfat edib.

25.05.2020 10:13

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Misirin Şarm əl-Şeyx kurortunda 40 otel fəaliyyətini bərpa edib

SONRAKI XƏBƏR

İlham Əliyev diplomatlara nə demişdi? - ƏLAHƏZRƏT FAKTLAR