Narkotikə görə qonşusunu öldürdü - VİDEO

2018-ci il sentyabrın 16-da Suraxanı rayon prokurorluğuna "Zeytun bağları" sahəsində rayon sakini 41 yaşlı Sərhəng Qədirovun qətlə yetirilməsi haqda məlumat verilib.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, araşdırma zamanı, cinayəti mərhumun qonşusu Dostəli Abuzərovun törətdiyi məlum olub. O səhərisi gün Xaçmaz rayonunda tutulub.

Məlum olub ki, Dostəli Abuzərov əvvəllər qəsdən adam öldürmə maddəsi ilə 10 il azadlıqdan məhrum edilib.

Dostəli Abuzərov sentyabrın 16-ı səhər saat 8 radələrində sərxoş vəziyyətdə Yeni Suraxanı qəsəbəsində qonşusu Sərhəng Qədirovla görüşüb, sonuncunun narkotik vasitələri ondan alıb-satması barədə yaşadıqları qəsəbədə yaydığı şayiələrə aydınlıq gətirmək istəyib.

Buna görə, birlikdə tanışı Muxtar Əliyevin idarə etdiyi avtomobillə Zeytunluq sahəsinə gediblər. Orda əvvəl təpiklə qonşusunun müxtəlif nahiyələrinə zərbələr vuraraq, xəsarətlər yetirib.

Sonra niyyətini başa çatdırmaq məqsədilə, üzərindəki ov bıçağı ilə Qədirovu öldürüb.

Dostəli Abuzərov istintaqa ifadəsində Sərhəng Qədirovu öldürmək niyyətinin olmadığını, sonuncunun əlində 2 bıçaqla hücum etdiyini, məcbur olub, özünü müdafiə edərkən, zərbənin ona dəydiyini bildirib. Qonşusu ilə aralarında düşmənçilik olmayıb.

Sərhəng də bacısını bıçaqladığına görə əvvəllər məhkum edilib, həmçinin o, narkotik vasitə istifadəçisi olub. 2018-ci ilin mart-aprel aylarında qonşusunun onun haqqında guya narkotiklərin satışı məşğul olduğunu yayıb.

Bu barədə Sərhəngdən soruşanda, sonuncu üzr istəyərək bir daha belə söz-söhbət olmayacağını bildirib. Lakin hadisədən 5-10 gün əvvəl eyni qaydada şayiələrin təkrar yayıldığını eşitib.

Sentyabrın 16-da taksi fəaliyyəti ilə məşğul olan Muxtarın köməkliyi ilə maşında olan əşyaları evə boşaldarkən Sərhəngin küçədə dayandığını görüb, ona "özünün narkotik satdığını, amma onun adını hallandırdığını" deyib.

Qonşusu yanına gəlib, bu söhbətin 6 ay əvvəl olduğunu və buna görə ondan üzr istədiyini söyləyib. Dostəli hazırda da kənddə bu şayiələrin getdiyini deyib.

Sonra hər üçü avtomobilə əyləşib, Muxtar maşını Sərhəngin dediyi istiqamətdə sürüb, Zeytunluq sahəsinə çatdıqda dayanmasını tələb edib, avtomobildən düşüb.

Sərhəngin hər iki əlində bıçaq olduğunu görüb. Qədirovdan birdə məhəllədə narkotik satmamasını tələb etdikdə qonşusu bıçaqla ona tərəf zərbə atıb və qəflətən ayağı sürüşüb yerə yıxılıb.

Dərhal vurduğu təpik onun sifət nahiyəsinə dəyib. Sərhəng ayağa qalxdığda bir-birlərinə qarşılıqlı bıçaq zərbələri atıblar.

Zərbələrdən biri onun sol böyür hissəsinə dəyib, həmin nahiyədən qan axıb. Muxtar Sərhəngi maşına mindirərkən bıçağı ayaq altına atıb, yaralını xəstəxanaya aparıblar.

Yolda əynindəki qara rəngli jileti çıxarıb qonşusunun yarasına sıxıb ki, qanaxmanın qarşısını alsın. Qeyri-rəsmi yaşadığı qadının evinin yaxınlığında maşından düşüb və bıçaqları özü ilə götürüb.

Abuzərov qeyd edib ki, törətdiyi cinayət əməlindən peşman deyil.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dostəli Abuzərov 18 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

BAKU.WS

 

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

"Azərbaycan yeni texnologiyalar üzərindən inkişaf tempini sürətləndirəcək" ÖZƏL - AÇIQLAMA

SONRAKI XƏBƏR

Qayda çox sadədir: “Ya qanuna riayət et, ya da cəzalanacaqsan !”