Avstraliyada şiddətli fırtına: 60 min ev elektriksiz qaldı (FOTO)

Avstraliyada şiddətli fırtına: 60 min ev elektriksiz qaldı (FOTO)

Bakı. Trend:

Şiddətli fırtına Avstraliyanın Qərbində ən azı 60 min evi elektriksiz qoyub.

Trend-in məlumatına görə, Qərbi Avstraliyada 2 gündür ki, davam edən güclü fırtına həyatı iflic edib. Əyalətdə sürəti saatda 132 kilometrə çatan şiddətli küləklər səbəbi ilə evlərin damı uçub, irigövdəli ağaçlar aşıb. Əyalətin paytaxtı Persdə azı 60 min ev elektriksiz qalıb, lakin insan tələfatının olmadığı bildirilir.

Bəzi bölgələrdə leysan yağış nəticəsində sel əmələ gəlib. Həmçinin, Geraldton şəhərinin şimalında güclü qum fırtınası yaranıb, görmə məsafəsi minimuma düşüb.

Aidiyyəti qurumlar 10 ildə bir dəfə meydana gələ bilən belə fırtınaya qarşı əhalini hazırlıqlı olmağa çağırıb.

Mənbə: az.trend.az