Qarabağda ölənlərin sayı sirr saxlanılır

Qarabağda ölənlərin sayı sirr saxlanılır

Dağlıq Qarabağda koronavirusa yoluxma halları artır.

Cebhe.info-nun məlumatına görə, bu gün daha bir nəfərdə "COVİD-19" infeksiyası aşkar edilib. Həmin şəxs koronaviruslu xəstələrlə təmasda olub və infeksiya aşkar edilənə qədər təklikdə, özünütəcrid şəraitində yaşayıb. Bununla da Dağlıq Qarabağda koronavirus infeksiyasına yoluxanların sayı 34 nəfərə çatdığı deyilir.

Üç nəfərin xəstəlikdən sağaldığı bildirilirsə də, ölüm halları barədə məlumat gizli saxlanılır. Koronavirusdan şübhəli bilinən 72 nəfərin təcrid vəziyyətində saxlanıldığı, 715 test nümunəsinin laboratoriya araşdırması üçün Ermənistana göndərildiyi bildirilir.

Müşfiq Abdulla
Cebhe.info

Mənbə: cebhe.info