Şamaxıda tikintidə qaldırıcı kran aşıb, 3 nəfər xəsarət alıb

Şamaxı rayonunda 3 nəfər bədbəxt hadisə zamanı ağır xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Şamaxı şəhərində qeydə alınıb. Bina inşası zamanı qaldırıcı kranın aşması nəticəsində orada çalışan usta və fəhlələrdən 3 nəfər - Şamaxı rayonu Quşçu kənd sakini, 1995-ci il təvəllüdlü Heybətov Surət İslam oğlu və Şamaxı şəhər sakinləri, 1998-ci il təvəllüdlü İsgəndərov Zaur Qüdrət oğlu, 1959-cu il təvəllüdlü Fərəcov Sərdar Şahmar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onlardan birinin vəziyyəti ağır olduğundan, müalicə üçün Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Aysel Əlizadə: “Həyatımda heç kim yoxdur” - VİDEO

SONRAKI XƏBƏR

Azərbaycanlı GİMNAST SİRRİNİ paylaşdı: “Ərim bunu görəndə huşunu itirdi” - FOTOLAR