Moped sürücülərinin ölümlərində kim günahkardır: DYP, şirkət, ya özləri?

Moped sürücülərinin ölümlərində kim günahkardır: DYP, şirkət, ya özləri?

"Bu hadisə digər moped sürücülərinə də dərs olmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev Bakıda restoranda kuryer işləyən gənc oğlanın öz motosikleti ilə qəza zamanı aldığı xəsarətdən sonra dünyasını dəyişməsindən danışarkən deyib. Kamran Əliyev bildirib ki, moped sürücüləri manevr qaydalarını kobud pozurlar:

"Qayda-qanun var. Onların çoxu mopedlərdir deyə, dövlət qeydiyyatına alınmırlar və onlardan idarəetmədə sürücülük vəsiqəsi tələb olunmur. Amma buna baxmayaraq, velosipedçilər kimi mopedlər də yol hərəkət qaydalarına riayət etməlidirlər. Sürücüləri moped necə gəldi idarə edirlər. Düzdür, əksəriyyətində dəbilqə var. Amma onlar manevr qaydalarını kobud pozurlar. Qəfildən avtomobillərin qarşısına çıxıb manevr edirlər. Bu da digər sürücülərin çaşqınlığına səbəb olur. Sonda isə ən çox əziyyət çəkən elə moped sürücülərinin özləri olur. Xidmət etdikləri şirkərt rəhbərləri onlarla təlimatlar aparmalıdır. Çünki işçi onlarındır. Onlara təlim keçmək sirkət sahiblərinin üzərinə düşür. Təcili getməlisən, sifarişi isti-isti aparmalısan kimi şərtləri sürücünün qarşısında şərt kimi qoymaq olmaz. Sürücü o halda çalışır ki, mənzil başına tez getsin. Belə olanda isə qəzalar olur. Özüm şahidi olmuşan, onlar svetoforun qırmızı işığında belə keçirlər. Yəni, düşünürlər ki, mopeddir, nömrəsi yoxdur, qeydə alınmayacaq”.

Kamran Əliyev qeyd edib ki, moped sürücüləri məsuliyyətdən çox öz həyatlarını düşünməlidir:

"Bu hadisə digər moped sürücülərinə də dərs olmalıdır”.

Qeyd edək ki, Bakıda restoranların birində kuryer işləyən gənc oğlan öz motosikleti ilə qəzaya düşüb, aldığı xəsarətlərtdən sonra dünyasını dəyişib.

Bahar Rüstəmli

Mənbə: qaynarinfo.az