Külək dayanacağın damını maşınların üstünə atdı - Video

İki gündür müşahidə edilən güclü küləyin fəsadları ilə bağlı daha bir görüntü yayılıb.

Axar.az xəbər verir ki, ötən gün Sabunçu rayonu Bakıxanov qəsəbəsində şiddətli külək yaşayış binasının həyətindəki avtodayanacağın dam örtüyünü yerindən çıxarıb və yaxınlıqdakı avtomobillərin üzərinə atıb.

Avtomobillərdən biri ciddi zərər görüb. Maşının dam hissəsi iki yerə bölünüb. Qarşı tərəfdəki bəzi avtmobillərin isə üstü əzilib.

Hadisə səhər saatlarında, küçədə bina sakinlərini olmadığı vaxt baş verdiyi üçün xəsarət alan olmayıb.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

“Liverpul” gənc ulduz üçün 70 milyon avro ödəyəcək

SONRAKI XƏBƏR

Moped sürücülərinin ölümlərində kim günahkardır: DYP, şirkət, ya özləri?