Nigeriyada "Boko Haram"a qarşı əməliyyat keçirildi

Nigeriyada "Boko Haram"a qarşı əməliyyat keçirildi

Eastnews.org-un verdiyi xəbərə görə, Nigeriya ordusu yenidən terrorçulara qarşı hərbi əməliyyatlara start verib.

Bu barədə Nigeriya Müdafiə Nazirliyi yaydığı məlumatda bildirir.

Vurğulanır ki, "Boko Haram" terrorçu qruplaşmasına qarşı keçirilən hərbi əməliyyat zamanı 100-dən çox terrorçu məhv edilib.

Hərbi əməliyyatın Borno, Adamava və Yobe vilayətlərində baş tutduğu qeyd olunur.

Mənbə: AA

Mənbə: eastnews.org