Yeni Zelandiyada güclü zəlzələ baş verdi

Yeni Zelandiyada 5.9 bal gücündə zəlzələ baş verib.

Yenisabah.az xəbər verir ki, sarsıntıya paytaxt Vellinqtondakı bir televiziya proqramına qoşularkən yaxalanan baş nazir Casinda Ardern sakitliyini qoruması ilə diqqət çəkib:

"Burada kiçik bir zəlzələ yaşayırıq. Arxamda hərəkət edən şeyləri görə bilərsiniz. Lakin vəziyyət yaxşıdır".

Bildirək ki, zəlzələ 15 saniyə davam edib və yer səthindən 37 kilometr dərinlikdə qeydə alınıb.

Yenisabah.az

ƏVVƏLKİ XƏBƏR

Vəli Qasımov: “Sabah” Şeydayevin səviyyəsi deyil”

SONRAKI XƏBƏR

Premyer Liqanın bərpası yönündə daha bir addım