Bir qrup yəhudi fələstinlilərə hücum etdi; Yaralılar var

Bir qrup yəhudi fələstinlilərə hücum etdi; Yaralılar var

Eastnews.org-un verdiyi xəbərə görə, yəhudi miqrantlar İordan çayının qərb sahilindəki Ramallah şəhərinin şimalında yerləşən əl-Muğayyər kəndində atəş açaraq, iki fələstinli gənci yaralayıb.
Bu barədə İrqçi Divar və Yəhudi Məskunlaşmasına Qarşı Mübarizə Təşkilatı fəallarından Kazım Hacc Məhəmməd məlumat verib.

Məlumata görə, fələstinli çobanlara hücum edən yəhudilər atəş açaraq, bir fələstinlini qarnından, digərini ayağından yaralayıblar. Yaralı gənclər Ramallahdakı Fələstin Tibb Mərkəzinə aparılıblar.
Hadisə yerinə gələn İsrail rejimi əsgərləri fələstinli çobanları yəhudilərdən qorumağa çalışan kütləyə qarşı gözyaşardıcı qaz istifadə edib.

Mənbə: FİM

Mənbə: eastnews.org