İraqda İŞİD məlumat bazası ələ keçirildi

İraqda İŞİD məlumat bazası ələ keçirildi

Eastnew.org-un verdiyi xəbərə görə, İraq Birgə Əməliyyat Komandanlığı bazar ertəsi günü İŞİD terror qruplaşmasının məlumat bazası olaraq təyin olunan bir nəfərin həbs olunduğunu açıqlayıb.

İraq Birgə Əməliyyat Komandanlığının komandiri briqada generalı Təhsin Xafəci bildirib ki, əməliyyat planlaşdırılmış cədvələ uyğun olaraq həyata keçirilib. Bu müddət ərzində çox sayda İŞİD terrorçusu və onların bazaları məhv edilib.
O, qeyd edib ki, kəşfiyyat xidmətinin rəhbərlik etdiyi əməliyyatda bir sıra cinayətkar ələ keçirilib. Bunlar İŞİD-in nəinki daxili, həm də beynəlxalq miqyasda əsas bazalarıdır. Həbs olunanlardan biri İŞİD-in əsas məlumat bazası hesab olunur.

Mənbə: Tasnim

Mənbə: eastnews.org