Cəlilabadda liseyin həyətindən kişi meyiti tapılıb

Cəlilabadda liseyin həyətindən kişi meyiti tapılıb

Cəlilabad rayonunda kişi meyiti tapılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, meyit rayonun Göytəpə şəhərində yerləşən Peşə Liseyinin həyətində aşkar edilib.

Hazırda meyitin kimliyi və hadisənin necə baş verdiyi müəyyənləşdirilir.

Həmçinin "Report"un Muğan bürosunun əldə etdiyi məlumata görə, həmin şəxsin koronovirusdan ölüb-ölmədiyini dəqiqləşdirmək üçün meyitdən analiz götürülüb.

Mənbə: report.az