Rusiyada ötən gün 8946 nəfər koronavirusa yoluxub

Moskva, 25 may, AZƏRTAC

Ötən gün Rusiyada 8946 nəfərdə koronavirus infeksiyası aşkar edilib.

AZƏRTAC xəbər verir ki, gün ərzində 92 xəstə vəfat edib, 5499-u sağalıb. Yoluxanların 2560-ı Moskva sakinidir.

Beləliklə, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 353 min 427 nəfərə çatıb, indiyədək bu xəstəlikdən sağalanlar 118 mini ötüb, 3633-ü vəfat edib.

Hazırda Rusiya yoluxanların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncüdür.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Cəlilabadda liseyin həyətindən kişi meyiti tapılıb

SONRAKI XƏBƏR

"Volkswagen" meşə kənarında yanaraq külə döndü - VİDEO